AZAL-ın heyəti iyunun 19-da toplaşacaq

13:11 1 İyun 2016

Ölkə çempionatının 2015-2016 mövsümü başa çatdıqdan sonra istirahətə yollanan AZAL-ın nə vaxt toplaşacağı bəlli olub. 


Sportarena.az xəbər verir ki, "təyyarəçilər” bu ayın 19-da bir araya gələcəklər. 

 

Bakıda toplaşacaq kollektiv hazırlığın birinci hissəsini paytaxtda keçirəcək. Komandanın ölkə xaricinə gedib-getməyəcəyi yaxın günlərdə bəlli olacaq.

 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının digər təmsilçiləri - "Qarabağ” Avstriyada, "Zirə”, "İnter” və "Kəpəz” isə Türkiyədə təlim-məşq toplanışı keçəcək. "Qəbələ”nin hansı ölkəyə yollanacağı isə yaxın günlərdə müəyyənləşəcək.


Digər xəbərlər

Xəbər xətti