"Kəpəz" Türkiyəyə gedir

12:36 1 İyun 2016

Qarşıdakı mövsümdə Avropa Liqasında çıxış edəcək “Kəpəz”in bu turnirlə bağlı ilk hazırlıq planı müəyyənləşib. 

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Gəncə klubu iyunun 11-dən 21-nə kimi Türkiyədə təlim-məşq toplanışı keçəcək. Komanda 10 gün ərzində Ərzurumda hazırlıq prosesində olacaq.


“Sarı-göylər” “Palantökən” otelində məskunlaşacaq. 


Xatırladaq ki, “Kəpəz” otən mövsüm öncəsi də Türkiyədə məhz bu bölgədə məşq etmişdi.
Gəncə təmsilçisi Ərzurumda olduğu müddətdə əsasən fiziki çalışmalar üzərində işləyəcək. Komanda orada iki yoxlama oyunu keçirməyi də planlaşdırıb. Hazırda bu yöndə danışıqlar aparılır.


Digər xəbərlər

Xəbər xətti