Barselona Matanı transfer etmək istəyir

21:31 31 May 2016

"Barselona" "Mançester Yunayted"in yarımmüdafiəçisi Xuan Matanı transfer etməyə hazırlaşır.


Sportarena.az xəbər verir ki, Joze Mourinyo "qırmızı şeytanlar"ın baş məşqçi postuna gəldikdən sonra, Matanın gələcəyi sual altına düşüb. 2014-cü ildə məhz portuqaliyalı ispan futbolçunun "Çelsi"dən  gedişinə səbəb olmuşdu. Halbuki ondan əvvəlki 2 ildə məhz Mata komandanın ən yaxşısı seçilmişdi.


Mourinyonun təyinatı Matada narahatçılıq yaradıb. 28 yaşlı yarımmüdafiəçi yenidən əsas heyətdən kənarda qalacağından qorxur. Məhz bu vəziyyətdən də "Barselona" faydalanmaq niyyətindədir.


Digər xəbərlər

Xəbər xətti