“Zirə” daha bir futbolçu ilə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, Nicat Qurbanov karyerasını başqa klubda davam etdirəcək. Futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında son qoyulub.
Xatırladaq ki, bundan öncə Çimezie Mbah, Dieqo Qusmao, Luis Alberto Diez, Tərzin Cahangirov, Ruslan Poladov və Rəşad Abdullayev “Zirə”dən ayrılmışdı.