Transfer çalışmalarını davam etdirən "Zirə" müdafiə xəttini gücləndirib.
Sportarena.az xəbər verir ki, müqavilə ilə "Qəbələ"yə məxsus olan 21 yaşlı müdafiəçi daha bir il "Zirə"də icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, T.Mütəllimov ötən sezondan icarə əsasında "Zirə" klubunun şərəfini qoruyur.