Mayın 26-da Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyinin ikinci gününə yekun vurulub.
İkinci yarış günündə yunan-Roma güləşi üzrə 69, 76, 85 və 100 kiloqram, sərbəst güləş üzrə 42, 46 və 50 kiloqram çəki dərəcəsində 148 yeniyetmə pəhləvan yarışıb.
Yunan-Roma güləşçilərinin yarışında Ülvi Qənizadə (69 kq), Cavid Yusifov (76 kq), Tehran Əminzadə (85 kq) və Uğur Hacılı (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sərbəst güləş yarışlarında isə Mahir Məmmədzadə (42 kq), Əsgər Məmmədəliyev (46 kq) və İntiqam Vəlizadə (50 kq) qızıl medala sahib olublar.
Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, Azərbaycan Güləş Federasiyası tərəfindən pul mükafatı ilə təltif edilib və yığma komandanın heyətinə cəlb olunublar.