"Qəbələ"nin bütün komandaları medal qazandı

12:34 25 May 2016

Bu mövsüm Azərbaycan çempionatının bütün çempionatlarında iştirak edən “Qəbələ”nin komandaları medal qazanıb.


Sportarena.az xəbər verir ki, əyalət klubunun bütün yaş qrupları müxtəlif əyalarda medala sahib çıxıblar. 
Bu komanda üçün rekord nəticə olub. Yarandığı ildən bu tərəfə ilk dəfə belə nəticəyə imza atan komanda aşağı yaş qruplarına diqqətin bəhrəsini görüb.


Həmçinin əsas komanda son turlarda nəticələrini yaxşılaşdırmaqla Topaz Premyer Liqasını 3-cü yerdə başa vurub. Bu həm də bütün çempionatlarda mübarizə aparan Azərbaycan klubları arasında ən yaxşı göstəricidir.


U-19 – Qızıl

U-17 – Gümüş

U-16 – Qızıl

U-15 – Qızıl

U-14 – Bürünc

U-13 – Bürünc

U-12 – Bürünc

U-11 – Gümüş

U–10 – Gümüş


Digər xəbərlər

Xəbər xətti