Dünən "Qəbələ"nin futbolçusu Elvin Camalov əməliyyat olunub.
Sportarena.az klubun rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, Türkiyənin İstanbul şəhərindəki "Medicana" xəstəxanasında gerçəkləşən məliyyat uğurla sona çatıb.
Camalov 2 həftə sonra fərdi çalışmalara başlayacaq. 4 həftə sonra isə gənc yarımmüdafiəçinin komanda ilə məşqlərə qatılması gözlənilir.