"Qəbələ"dən gözlənilməz ayrılıq

11:33 24 May 2016

“Qəbələ”dən ayrılan daha bir futbolçunun adına aydınlıq gəlib. 


Sportarena.az xəbər verir ki, ukraynalı yarımmüdafiəçi Aleksey Qay əyalət klubunu tərk edib. 

 

Bu barədə futbolçu özü məlumat verib. O bildirib ki, dəyişiklik zamanıdır və karyerasını başqa komandada davam etdirəcək: “Artıq dəyişiklik zamanıdır. “Qəbələ”dən özüm ayrılmaq istədim. Ona görə də hazırda vətənimdəyəm. Karyeramı başqa komandada davam etdirəcəm”.


Qay Azərbaycandakı karyerasını uğurlu adlandırıb: “Azərbaycanda karyeram uğurlu alındı. “Qəbələ” ilə Avropa Liqasının qrup mərhələsində oynadıq. Çempionatda bürünc medal qazandıq. Hər şey məni qane edirdi”.(Qafqazinfo)


Digər xəbərlər

Xəbər xətti