Samuel Armenteros "Qarabağ" klubundan rəsmən ayrılıb.
Sportarena.az xəbər verir ki, bu barədə isveçli hücumçu şəxsi "twitter" səhifəsində yazıb.
O, sosial şəbəkədə paylaşdığı yazıda artıq azad agent statusu aldığını və buna sevindiyini bildirib.
"Bu yaydan azad transfer statusluyam. Bu, həmişə xoşdur".
Qeyd edək ki, Samuel Armenteros 2015-ci ildən "Qarabağ" klubunun şərəfini qoruyur. O, cari mövsüm "Qarabağ" forması ilə 23 oyuna çıxıb və 7 qol vurub.