"Qəbələ" Qriqorçukla bağlı qərarını verdi

12:09 23 May 2016

“Qəbələ” baş məşqçisi Roman Qriqorçukla bağlı yekun qərarını verib.

 

Sportarena.az xəbər verir ki, ukraynalı mütəxəssislə əməkdaşlıq davam etdiriləcək.


Məlumata görə, Qriqorçukun “Qəbələ” ilə 2017-ci ilin mayın sonuna kimi kimi müqaviləsi var.


Qeyd edək ki, bu mövsümün gedişati zamanı “Qəbələ”nin bəzi oyunlardakı uğursuz çıxışları səbəbindən Qriqorçukun vaxtından əvvəl istefaya göndəriləcəyi ilə bağlı xəbərlər yayılmışdı.


Xatırladaq ki, ukraynalı mütəxəssisin rəhbərliyi altında “Qəbələ” bu mövsüm Premyer Liqada üçüncü yeri tutub.(qol.az)


Digər xəbərlər

Xəbər xətti