"Mövsümün son oyunu idi. Oyuna mütləq qələbə qazanmaq üçün çıxmışdıq. 3 xal qazanıb Premyer Liqada qalmaq istəyirdik. Əlimizdənm gələni etdik, amma nəticə istədiyimiz kimi olmadı".
Bu sözləri Sportarena.az saytına açıqlamasında "Xəzər Lənkəran" klubunun kapitanı Tural Cəlilov deyib.
Kapitan matçın baş hakimi olan Ramil Diniyevin "Rəvan"la matçda təyin etdiyi penaltinin ədalətsiz qərar olduğunu vurğulayıb: "Hesabda öndə idik. Hətta 2:1 hesablı qələbə də bizim xeyrimizə idi. Amma baş hakim Ramil Diniyev çox ədalətsiz qərar qəbul etdi. Orada nəinki penaltidən, heç qayda pozuntusundan belə söhbət gedə bilməzdi. Əksinə mənə qarşı qayda pozuntusu olmuşdu. Bu ədalətsiz qərar da qarşılaşmanın taleyini həll etdi. Ruslan Tağızadə özü də bildirdi ki, heç bir qayda pozuntusu yoxdu".