Azərbaycan Premyer Liqasının sonuncu turunda “Rәvan”la heç-heçә edәn “Xәzәr Lәnkәran” birinci diviziona yuvarlanıb.
Sportarena.az xəbər verir ki, bu barәdә “Qafqazinfo”ya açıqlamasında “Xәzәr Lәnkәran”ın sabiq әfsanәvi kapitanı Rahid Әmirquliyev fikirlərini bildirib. O, “ağ-yaşıllar”ın durumuna üzüldüyünü söyləyərək Azәrbaycan futbolunun bölgә klubunu vә böyük camiәyә malik komandanı itirmәmәli olduğunu vurğulayıb.
““Xəzər Lənkəran” dağılsa, əlbəttə bu, Azərbaycan futbolu üçün çox böyük itki olacaq. Hamı bilir ki, “Xəzər Lənkəran” ən çox azarkeş dəstəsi olan komandadır. Futbolun səviyyəsini qaldırmaq üçün rayonlarda komandalar yaratmaq lazımdır, olanları dağıtmaq yox...Çünki rayon əhalisinin futbola marağı çoxdur. Fikir versəniz görərsiniz ki, ən çox azarkeş komandası olanlar rayonlarınkıdır. Nə qədər komanda çox olsa, o qədər də inkişaf olacaq. Bizim futbolda maliyyə vəziyyəti də yaxşı deyil. Amma inanıram ki, o komanda özünü toparlayacaq və gələcəkdə güclü bir “Xəzər Lənkəran” olacaq. Bu komandanı dağıtmaq olmaz. Lənkəran, Masallı, Astara əhalisinin ürəyi “Xəzər Lənkəran”la döyünür. Ümid edirəm ki, biz “Xəzər Lənkəran”ı itirmərik”, - deyə R. Əmirquliyev əlavə edib.