"Xəzər Lənkəran"ın futbolçusundan ayrılıq siqnalı: "Əgər yayda təklif gələcəksə..."

17:32 21 May 2016

"Yaxşı oynadıq. 2:2 hesabı bizim bu matç üçün ədalətli nəticə deyildi. Futbolçularımızın əziyyəti, 1 ildə çəkdiyi zəhmət boşa getdi. Əgər hakim həmin epizodda penalti verməsəydi, biz qalib gələcəkdik".


Bu sözləri sportarena.az saytına açıqlamasında "Xəzər Lənkəran"ın futbolçusu Asif Mirili deyib.


Futbolçu, "diviziona düşəcəyi təqdirdə "Xəzər Lənkəran"ı tərk edib-etməyəcəyi" barədə verdiyimiz suala belə cavab verdi:
"Sözün doğrusu, inanmıram "Xəzər Lənkəran" diviziona düşsün. Yəqin ki, komanda bu durumdan çıxmağı bacarar. Mənim klubla hələ qışa qədər müqaviləm var. Komandanın diviziona düşüb-düşməməsi dəqiqləşsin, sonra bu barədə düşünəcəyəm. Əgər yayda təklif gələcəksə, həmin zaman komandadan gedib-getməyəcəyim barədə fikirləşəcəyəm"


Digər xəbərlər

Xəbər xətti