Şahin Diniyev: "Avropa Liqasına düşəcəyimizə inanmırdım"

10:49 21 May 2016

Azərbaycan Premyer Liqasının XXXVI turunda keçirilən “Kəpəz” – “Qəbələ” oyunundan sonra hər iki komandanın baş məşqçisi görüşlə bağlı fikirlərini media nümayəndələri ilə bölüşüb.

 

Sportarena.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı Şahin Diniyev bunları deyib: “Mövsümün sonu olduğu üçün artıq güclər tükənirdi. Amma komanda çıxıb oyununu göstərdi. Heç vaxt məğlubiyyətə səbəb axtarmamışam. Hücumameylli iki aparıcı futbolçunun olmaması oyunumuza böyük təsir etdi. Hücumların quruluşunda problemlərimiz vardı. Heyətimizin kasad olması da təsirsiz ötüşmür. Uşaqlara mövsüm ərzində göstərdikləri oyuna və nəticəyə görə təşəkkür edirəm. Bu gün son oyun olmasına baxmayaraq meydanda mübarizə apardılar. Belə futbolçularla işlədiyimə görə xoşbəxtəm. Sıfırdan komanda yaratdıq, çətin də olsa da, istəyimizi həyata keçirə bildik. Mövsümün əvvəlində yekunda Avropa Liqasına düşəcəyimizi gözləməzdim. Təcrübəsizlikdən çox xallar itirdik. Avroliqada layiqincə iştirak etməyə çalışacağıq”.


Digər xəbərlər

Xəbər xətti