Kintana Premyer Liqanın bombardiri oldu

00:07 21 May 2016

Azərbaycan Premyer Liqasının 2015/2016-cı illər mövsümünün bombardiri adını “Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Dani Quintana qazandı. 36-cı turun AZAL ilə keçirilən görüşündə sonuncu – 3-cü qolun müəllifi olan Dani qollarının sayını 15 etdi. Bununla da Nelson Bonillanı qabaqlayan Dani Premyer Liqanın ən sərrast oyunçusu oldu.
İspaniyalı futbolçuya xüsusi mükafat bu gün keçirilən “Qarabağ” – AZAL görüşündən dərhal sonra təqdim olundu.


Digər xəbərlər

Xəbər xətti