Orxan Sadıqlı: "Azərbaycan futbolunda "ədalət" deyə bir söz yoxdur"

22:04 20 May 2016

Bu gün Azərbaycan Premyer Liqasında 2015/16 mövsümünün son turunda “Xəzər Lənkəran” səfərdə “Rəvan”la 2:2 hesablı bərabəlik əldə edərək turnir cədvəlinin son pilləsində qaldı.

Matçdan sonra “Xəzər Lənkəran”ın qolkiperi  Orxan Sadıqlı sportarena.az saytına müsahibə verib.

- Oyun haqqında fikirlərin...
- Nə deyim belə oyun haqqında? Bu bizə qarşı olan birinci haqsızlıq deyil. İstər bu oyun olsun, istərsə də başqa oyun, bu bizə qarşı hər oyun olur. Azərbaycan futbolunda “ədalət” deyə bir söz yoxdur. Bütün ədalətsizliklər həmiə bizə qarşı olub. Əvvəl Elnur Muradov idi, indi isə Ramil Diniyev. Niyə Elnur Muradovu daha oyunlara buraxmırlar? Belə hakimliyi yaraşdırmadım Ramil Diniyevə. Bu ümümiyyətlə Azərbaycan hakimliyinə ayıb bir haldır. Həmin epizodu başqa bir ölkədə göstərsələr biabırçılıq olacaq. Sadəcə olaraq, futbolçularımızın haqqını əlindən aldılar. İnşallah haqq-ədalət yerini tutacaq.
- Penaltidən sonra meydandan çıxmaq istədiyinizdə “daha oynamaq istəmirəm” deyə bir cümlə işlətdin. Bu sənin komandadan ayrılacağın anlamına gəlir?
- Yox, komandadan ayrılmaq barədə düşünmürəm. Sonunadək “Xəzər Lənkəran”da qalacam. Bundan sonrakı aqibətimizə baxacam. Həmin zaman gərək meydandan çıxardıq, qayıtmazdıq geriyə. Bu qədər haqqa girmək olmaz. Elə qayda pozuntusu qeydə alındı ki, nə edəcəyimizi bilmədik. Əgər Ramil Diniyevin cürəti çatırsa elə penaltini gedib “Qəbələ”nin, “Qarabağ”ın qapısına təyin etsin. Ədalətli insanlar varsa, bu epizoda baxıb, kimi haqlı, kimin haqsız olduğunu deyəcəklər. 
- Komanda demək olar ki, yeni mövsümdən divizionda çıxış edəcək. Bu barədə nə deyə bilərsən...
- Ötən il “Rəvan”a lisenziya verilməmişdi, amma onlara yenidən elitada oynamağa icazə verdilər. İndi hər şey rəhbərlikdən asılıdır. Əgər Mübariz müəllim, Mais müəllim gəlib desə ki, “Xəzər Lənkəran”ı yenidən qururuq, hamı oynayacaq komandada. Həmin zaman biz yenə Premyer Liqanın ən iddialı komandalarından biri olacağıq. Hər şey rəhbərlikdən asılıdır. İkinci məsələ isə lisenziya verilməlidir. İndi bu matçda məğlub olduq. Ola bilər ki, bizi Premyer Liqadan aşağı diviziona salsınlar. Amma bu oyun deyil. Orada penalti verilməməli idi. Uşaqlar ağlayırdılar oyundan sonra. Kim verəcək onların haqqını? Ramil, sən verəcəksən? Sadəcə olaraq ayıbdır, vallah ayıbdır. 
- Nədən qaynaqlanır hakimin belə ədalətsizliyi?
- Yenə deyirəm belə hal bizim oyunlarımızda birinci dəfə deyil. Həmişə belə edirlər. Ramil Diniyevə deyirəm niyə penalti verirsən, mənə deyir ki, “Kim gəlir gəlsin, penalti verəcəyəm. İndi olmasa da, başqa vaxt verəcəyəm”. Baxsınlar epizoda utansıınlar, başqa heçnə deyə bilmərəm. Həmin epizoda kim baxsa, hakimin düzgün qərar qəbul etmədiyini deyəcək. Belə qərarlarla nə futbolumuz inkişaf edəcək, nə də hakimlərimiz düzələcək.
İlkin İsmayılzadə 


Digər xəbərlər

Xəbər xətti