Azərbaycan Premyer Liqasının 2015/2016 mövsümünün sonuncu mükafatçısı müəyyənləşib. Bu gün keçirilən XXXVI turun görüşlərindən sonra “Qəbələ” bürünc medala sahib olub. “Qırmızı-qaralar” bunu səfərdə “Kəpəz”i 1:0 hesabı ilə məğlub etdikdən sonra rəsmiləşdirib. Xal hesabını 59-a çatdıran Roman Qriqorçukun yetirmələri eyni xala malik “İnter”i əlavə göstəricilərdə qabaqlayıb. Bununla da “Qəbələ” ardıcıl 3-cü dəfə ölkə çempionatının bürünc medalını qazanıb.
Xatırladaq ki, qızıl və gümüş mükafatın sahibləri əvvəlki turlarda müəyyənləşib. “Qarabağ” XXXII turda qızıl, “Zirə” XXXV turda gümüş medalı təmin edib.