"Kəpəz" "Qəbələ" ilə matça itkilərlə çıxacaq

13:31 20 May 2016

Azərbaycan Premyer Liqasının XXXVI turunda Gəncə şəhər stadonunda “Qəbələ” ilə görüşəcək “Kəpəz” iki futolçunun əməyindən istifadə edə bilməyəcək. 

 

Sportarena.az klubun rəsmi saytına istinadən  xəbər verir ki, komandanın meydana çıxması sual altında olan əsas heyət üzvləri Julien Ebah və Namiq Ələsgərovun son durumuna aydınlıq gəlib. Belə ki, “Zirə” ilə səfər oyununda zədələnən hər iki futbolçu oyunu buraxacaq. Həftə ərzində müalicə olunan oyunçuların vəziyyətinə son müayinədən sonra aydınlıq gəlib və tibbi personalın qərarı müsbət olmayıb.

 

Qeyd edək ki, Tərlan Quliyev cəza müddətini başa vurduğundan “Qəbələ” ilə qarşılaşmada oynaya biləcək.


Digər xəbərlər

Xəbər xətti