Bu gün Azərbaycan Premyer Liqasında 2015/16 mövsümünün sonuncu - 36-cı turunun oyunları keçiriləcək.
Sportarena.az xəbər verir ki, bu gün keçiriləcək qarşılaşmalardan yalnız ikisi "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq. Futbolsevərlər "Rəvan" - "Xəzər Lənkəran" və "Qarabağ" - AZAL matçlarını televiziyadan birbaşa izləyə biləcəklər.
Qeyd edək ki, hər iki matç saytımız vasitəsi ilə də canlı yayımlanacaq.
17:00. "Rəvan2 - "Xəzər Lənkəran" - CBC Sport
19:00. "Qarabağ" – AZAL - CBC Sport