"Xəzər Lənkəran" azarkeşlərinin sevimlisi komandadan ayrıldı

11:03 20 May 2016

Qış fasiləsində klub rəhbərliyinin qərarı ilə əvəzedici heyətə göndərilən “Xəzər Lənkəran”ın gənc müdafiəçisi Kamran Abdullazadə dünən “ağ-yaşıl” forma ilə  son matçına çıxıb.


Sportarena.az xəbər verir ki, Abdullazadə əvəzedicilərin heyətində “Rəvan”la oyunda meydanda olub və oyundan sonra komandadan gedəcəyini bildirib. Kamranın mövsümün sonunda “Xəzər Lənkəran”la müqaviləsi başa çatır və futbolçu azad agent statusu alaraq istədiyi komandaya keçə biləcək.


Futbolçunun sosial şəbəkədə paylaşdığı həmin statusu təqdim edirik: 


“Bu gün “Xəzər Lənkəran”da axırıncı oyunuma çıxdım. Bütün “Xəzər Lənkəran” azarkeşləri “çox sağolun” deyirəm. Allah hamınızdan razı olsun. Azarkeşlərimizi unutmaq mümkün deyil. Haqqınızı halal edin. Nə vaxtsa “Xəzər Lənkəran”a qayıtaq ümidi ilə...”


Digər xəbərlər

Xəbər xətti