Bu gün Azərbaycan Premyer Liqasında 2015/2016 mövsümündə sonuncu - 36-cı turun oyunları keçiriləcək.
Sportarena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə keçiriləcək.
Premyer Liqanın bürünc medalları uğrunda mübarizə aparan "Kəpəz" və "Qəbələ" klubları bu gün 3-cü yerə sahib çıxmaq üçün gərgin mübarizə aparacaqlar.
"Kəpəz" - "Qəbələ" matçı ilə eyni saatda start götürəcək "İnter" - "Zirə oyununda da "bankirlər" Premyer Liqanın bürünc medalına iddialıdır.
Günün növbəti matçı isə Bayılda "Rəvan"la "Xəzər Lənkəran" arasında keçiriləcək. Autsayderlərin qarşıdurmasında qalib gələn komanda Premyer Liqada qalma şanslarını artıracaq.
Turun maraqla gözlənilən matçlarından biri də Sumqayıtda keçiriləcək. Burada "Sumqayıt" "Neftçi"ni qəbul edəcək. "Ağ-qaralar"ın "Sumqayıt"ı məğlub edəcəyi təqdirdə Avropa Liqasına vəsiqəni təmin edəcək.
Günün son oyununda isə "Qarabağ" AZAL-ı qəbul edəcək. Çempionluğunu bir neçə tur öncə rəsmiləşdirən Ağdam klubu bu gün keçiriləcək matçdan sonra qızıl medallarına qovuşacaq. Bu səbəbdən komanda son matçında qələbə qazanmağa daha yaxındır. AZAL isə bu gün "Qarabağ"a qalib gələcəyi təqdirdə Avroliqaya getmək şanslarını artıracaq. Belə ki, əgər "Neftçi" bu gün "Sumqayıt"a məğlub olarsa, AZAL isə "Qarabağ"a qalib gələrsə "təyyarəçilər" yenidən 6-cı yerə yüksələcəklər. Amma AZAL-ın Avroliqaya getməsi üçün kubokun final matçında "Neftçi" "Qarabağ"a qalib gəlməməlidir.
Azərbaycan Premyer Liqası
XXXVI tur
20 may (cümə)
17:00. “Rəvan” – “Xəzər Lənkəran” 2:2
Hakimlər: Ramil Diniyev, Munis Abdullayev, Elgün Adıgözəlli, Elvin Əsgərov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-İnspektor: Məhəmməd Məmmədov
“Bayıl Arena”
Mövsümün əvvəlki oyunları: 1:1, 0:1, 0:0
17:00. “Kəpəz” – “Qəbələ” 0:1
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu
Mövsümün əvvəlki oyunları: 0:1, 2:1, 3:0
17:00. “İnter” – “Zirə” 1:0
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Knyaz Əmiraslanov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Gülağa Cabarov
“İnter Arena”
Mövsümün əvvəlki oyunları: 0:0, 0:0, 1:2
19:00. “Qarabağ” – AZAL 3:0
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi : Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
Suraxanı qəsəbə stadionu
Mövsümün əvvəlki oyunları: 2:0, 2:0, 0:1
19:00. “Sumqayıt” – “Neftçi”2:1
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Cavanşir Yusifov, Ramil Əhmədov
AFFA nümayəndəsi : Ramiz Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Mövsümün əvvəlki oyunları: 1:2, 1:2, 0:1