Səlahət Ağayev "Neftçi" yolunda

01:27 20 May 2016

Azərbaycan yığmasının və "Sumqayıt"ın qapıçısı Səlahət Ağayev karyerasını "Neftçi"də davam etdirə bilər. Bu keçidin hələ qış fasiləsi zamanı gerçəkləşəcəyi gözlənilsə də, o zaman "İnter"dən ayrılan qolkiper "Sumqayıt"da peyda olmuşdu.

Lakin Ağayev karyerasını başqa klubda davam etdirmək istəyir və yayda iş yerini dəyişəcəyi gözlənilir. Onun keçməsi ehtimal olunan əsas klub da məhz "Neftçi"dir. Çünki bu mövsüm paytaxt klubunda qapıçı baxımından az problem yaşanmadı.

Ağayev özü isə saytımıza açıqlamasında bu barədə ətraflı danışmaq istəmədi: "Neftçi"? Mənə bir neçə klubdan təklif var. Amma real danışıq apardığım hələ yoxdur. Mövsüm başa çatandan sonra hər şeyə aydınlıq gələcək. Yeni klubumun hansı olacağını deyə bilmərəm".


Digər xəbərlər

Xəbər xətti