Azarkeşləri "Kəpəz"i ziyana saldı

13:25 17 May 2016

Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti icası keçirilib.

 

Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.


Azərbaycan Premyer Liqasının XXXIV turunun AZAL – “Zirə” matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.


Azərbaycan Premyer Liqasının XXXIV turunun “Kəpəz” – “Neftçi” matçının 90-cı dəqiqəsində “Kəpəz” klubunun 3 №-li futbolçusu Tərlan Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.


Oyunun 49, 80, və 90-cı dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub


Digər xəbərlər

Xəbər xətti