Bu mövsüm ölkəmizi Avropa Liqasında təmsil edəcək klubların ilk oyunlarının vaxtı bəllidir.
Sportarena.az xəbər verir ki, "Qarabağ" klubu Çempionlar Liqasında ikinci təsnifat mərhəsindən mübarizəyə başlayacaq. Bu mərhələnin ilk oyunları iyulun 12-13-də, cavab matçları isə həmin ayın 19-20-də keçiriləcək.
Avropa Liqasında ölkəmizi bu mövsüm üç klub ("Qəbələ", "Kəpəz", "Neftçi" və ya AZAL ) təmsil edəcək. Sözügedən klubların hamısı mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq.
Bu mərhələnin ilk oyunları iyunun 30-da, cavab qarşılaşmaları isə iyulun 7-də keçiriləcək.