Mayın 20-i Azərbaycan Premyer Liqasında mövsümün son turunun oyunları keçiriləcək.
Sportarena.az xəbər verir ki, keçiriləcək 5 qarşılaşmadan yalnız ikisi canlı yayımlanacaq. Futbolsevərlər "Qarabağ" - AZAL və "Rəvan" - "Xəzər Lənkəran" matçını "CBC Sport" telekanalı vasitəsi ilə canlı izləyə biləcəklər.
Qeyd edək ki, hər iki oyun saytımız vasitəsi ilə canlı yayımlanacaq.
20 may
17:00. "Rəvan" - "Xəzər Lənkəran" - CBC Sport
19:00. "Qarabağ" - AZAL - CBC Sport