Premyer Liqanın son turunda oyunların vaxtı niyə dəyişdirildi?

15:11 16 May 2016

Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasının sonuncu – 36-cı turunun oyun cədvəlində dəyişiklik edilib. 


Sportarena.az xəbər verir ki, buna səbəb  yarışı mükafatçılar sırasında bitirmiş komandalara medalların təqdim olunacağıdır. Bundan əlavə, 21 mayda  17 yaşlı futbolçulardan ibarət milli komandalar arasında Bakıda keçirilən Avropa çempionatının final görüşü baş tutacağından Premyer Liqa görüşlərinin vaxtının dəyişdirilməsi məqsədəuyğun hesab olunub.


Qeyd edək ki, turun görüşləri əvvəlcədən nəzərdə tutulduğu kimi 21 mayda deyil, bundan bir gün öncə - mayın 20-i keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti