Azərbaycan Premyer Liqasında 2015/2016 mövsümünün qalibi olan "Qarabağ" klubuna çempionluq kubokunun təqdim olunacağı vaxt müəyyənləşib.
Sportarena.az xəbər verir ki, "Qarabağ"a çempionluq kuboku 20 mayda - Premyer Liqanın 36-cı turunda keçiriləcək "Qarabağ" - AZAL oyunundan sonra təqdim olunacaq.
Qeyd edək ki, "Azərsun Arena"da keçiriləcək "Qarabağ" - AZAL matçı saat 19:00-da start götürəcək.