Premyer Liqada son turun bəzi oyunlarının vaxtı dəyişib.
Sportarena.az xəbər verir ki, 36-cı tutun bütün matçları əvvəlcədən nəzərdə tutulduğu kimi, mayın 21-də deyil, bir gün əvvəl, mayın 20-də keçiriləcək.
PFL-dən bildirilib ki, belə bir qərar ölkə kubokunun finalına hazırlığın daha yaxşı səviyyədə aparılmasına görə verilib.
Hələlik oyunların dəqiq hansı saatda başlanacağı müəyyənləşməyib.
qol.az