"Qəbələ" Azərbaycan Premyer Liqasının son turunda "Kəpəz"lə matça ciddi itki ilə çıxacaq.
Sportarena.az xəbər verir ki, əyalət təmilçisi hücumçusu Ermin Zetsin köməyindən yararlana bilməyəcək. Buna səbəb futbolçunun AZAL ilə qarşılaşmada sarı vərəqə ilə cəzalandırılaraq limiti doldurmasıdır.
Xatırladaq ki, bu, futbolçunun mövsüm ərzində aldığı 8-ci sarı vərəqəsidir.
Qeyd edək ki, "Kəpəz" - "Qəbələ" matçı mayın 21-i keçiriləcək.