"Sumqayıt"la matça "Xəzər Lənkəran" 3 ciddi itki ilə çıxacaq

16:53 15 May 2016

Bu gün Azərbaycan Premyer Liqasında 35-ci tur çərçivəsində "Xəzər Lənkəran" doğma meydanda "Sumqayıt" klubunu qəbul edəcək.


Sportarena.az-ın əldə etdiyi məlumata görə, Lənkəran təmsilçisi bu matça ciddi itkilərlə çıxacaq. Belə ki, səhhətindəki problemlərə görə son iki matçı buraxan İlyas Səfərzadə artıq komandaya qoşulub, lakin futbolçu bu matçda forma geyinməyəcək. Bundan əlavə, Nodar Məmmədov da "Sumqayıt"a qarşı oynamaycaq. Komandanın daha bir itkisi isə Vaquf Güləliyevdir. O, Premyer Liqanın 34-cü turunda "İnter"lə matçda (2:1) sarı vərəqə ilə cəzalanaraq limiti doldurub.

 

Xatırladaq ki, "Xəzər Lənkəran" - "Sumqayıt" matçı saat 18:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti