Bu gün Azərbaycan Premyer Liqasında 34-cü turun oyunları keçiriləcək.
Sportarena.az xəbər verir ki, eyni gündə keçiriləcək 5 qarşılaşmadan yalnız 1-i "Zirə" - "Kəpəz" matçı "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.
"Xəzər Lənkəran" - "Sumqayıt" matçı isə əyalət təmsilçisinin rəsmi "youtube" kanalı ilə birbaşa yayımlanacaq.
Qeyd edək ki, hər iki qarşılaşmanı saytımız vasitəsi ilə də izləyə bilərsiniz.
18:00. “Zirə” – “Kəpəz” - CBC Sport
18:00 “Xəzər Lənkəran” – “Sumqayıt” - "Xəzər Lənkəran" TV