"Kəpəz"lə matç öncəsi "Zirə"də 2 ciddi itki

21:04 13 May 2016

"Zirə" Azərbaycan Premyer Liqasının 35-ci turunda qarşılaşacağı "Kəpəz"lə matça ciddi itki ilə çıxacaq.


Sportarena.az xəbər verir ki, paytaxt klubu yarımmüdafiəçisi Vüqar Mustafayevin xidmətindən istifadə edə bilməyəcək. Belə ki, futbolçu sarı vərəqə limitini doldurduğu üçün komandasına kömək edə bilməyəcək. 


Bundan əlavə, zədəli Dieqo Souza da böyük ehtimalla, "Kəpəz"ə qarşı matçda iştirak edə bilməyəcək.


Qeyd edək ki, "Zirə" - "Kəpəz" matçı mayın 15-i saat 18:00-da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti