"Kəpəz"in doğma meydanda 50-ci məğlubiyyəti

11:49 13 May 2016

Gəncənin “Kəpəz” klubu Azərbaycan çempionatları tarixində 50-ci ev məğlubiyyətini alıb. 

 

Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XXXIV turunun “Neftçi” ilə matçına təsadüf edib. 


Gəncədə 2:1 hesablı əzmkar qələbə qazanan paytaxt təmsilçisi qərblilərin doğma azarkeşlər önündə keçirdiyi 251-ci qarşılaşmada 50-ci dəfə xalsız qalmasına səbəb olub. İndiyədək öz meydanında keçirdiyi matçlarda 165 qələbə qazanıb, 36 heç-heçə edən “Kəpəz” 572 qol vurub, 215-ni buraxıb.


“Neftçi” və “Qarabağ” Gəncədə hamıdan çox – hərəyə 7 qələbə qazanıb. “Bakı” 6, “Xəzər Lənkəran” 5, “İnter”, “Turan”,  AZAL hərəyə 4, “Şəmkir” 3, “Simurq” 2 dəfə “Kəpəz”in meydanında qalib gələ bilib. Digər 8 komanda isə hərəyə 1 dəfə bunu bacarıb.


Digər xəbərlər

Xəbər xətti