"Neftçi" - "İnter" oyununun başlama saatı açıqlandı

23:52 12 May 2016

Premyer Liqasının 35-ci turu çərçivəsində keçiriləcək "Neftçi” – "İnter” matçının başlanma saatı açıqlanıb. May ayının 15-də "Əlincə Arena”da baş tutacaq görüş saat 18:00-da başlanacaq.

Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasında oyun bundan bir gün əvvəl "İnter Arena”da keçiriləcək və saat 15:00-da start götürəcək. 


Digər xəbərlər

Xəbər xətti