Azərbaycan Premyer Liqasının 35-ci turunda "İnter"i qəbul edəcək "Neftçi" klubu bu matça ciddi itki ilə çıxacaq.
Sportarena.az xəbər verir ki, "ağ qaralar" Jairo Rodrigesin köməyindən istifadə edə bilməyəcəklər. Buna səbəb futbolçunun "Kəpəz"lə matçda sarı vərəqə alaraq cəzalı duruma düşməsidir.
Qeyd edək ki, "Neftçi" - "İnter" matçı mayın 15-də baş tutacaq.