Mayın 15-i Azərbəycan Premyer Liqasının 35-ci turu çərçivəsində keçiriləcək "Xəzər Lənkəran" - "Sumqayıt" matçına Lənkəran təmsilçisi ciddi itki ilə çıxacaq.
Sportarena.az xəbər verir ki, sözügedən matçda "ağ yaşıllar"ın futbolçusu Vaquf Güləliyev oynamayacaq. Buna səbəb isə futbolçunun "İnter"lə matçda vərəqə sarı vərəqə alaraq cəzalı duruma düşməsidir.
Qeyd edək ki, "İnter" - "Xəzər Lənkəran" matçı 2:1 hesabı ilə ev sahibi komandanın qələbəsi ilə başa çatmışdı. Qonaqların yeganə qolunu isə Vaquf Güləliyev vurmuşdu.