Bu gün Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində "İnter" doğma meydanda "Xəzər Lənkəran" klubunu qəbul edib - 2:1.
Sportarena.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, matçın əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqəsində "İnter" klubunun futbolçusu İlkin Qırtımov ciddi zədə ilə üzləşib. Belə ki, künc qonaq komandanın futbolçusu ilə toqquşan Qırtımov huşunu itirərək yerə yıxılıb. Matçın baş hakimi Ömər Paşayev dərhal həkimləri və təcili tibbi yardım maşınını meydana çağırıb. Futbolçunun zədəsinin o qədər də ciddi olmadığı üçün meydanı həkimlərin köməyi ilə tərk edib.
Lakin, matç bitdikdən sonra futbolçu təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Qeyd edək ki, onun yerinə meydana Aqşin Quluzadə daxil olub.