Bu gün Azərbaycan Premyer Liqasında 34-cü turun oyunları keçiriləcək.
Sportarena.az xəbər verir ki, eyni gündə keçiriləcək 5 qarşılaşmadan yalnız 1-i "Qarabağ" - "Qəbələ" matçı "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.
"İnter" - "Xəzər Lənkəran" matçı isə paytaxt klubunun rəsmi "youtube" kanalı ilə birbaşa yayımlanacaq.
Qeyd edək ki, hər iki qarşılaşmanı saytımız vasitəsi ilə də izləyə bilərsiniz.