Bu gün Azərbaycan Premyer Liqasında 34-cü turun oyunları keçiriləcək.
Sportarena.az xəbər verir ki, günə AZAL - "Zirə" və "Kəpəz" - "Neftçi" matçları ilə start veriləcək. Hər iki matç saat 16:00-da start götürəcək.
Turun növbəti görüşündə "İnter" "Xəzər Lənkəran"ı qəbul edəcək. Premyer Liqada qalmaq uğrunda mübarizə aparan cənub təmsilçisini bu matçda gərgin oyun gözləyəcək.
Günün daha bir qarşılaşması "Sumqayıt"la "Rəvan" arasında keçiriləcək. "Xəzər Lənkəran"la xal fərqini bərabərləşdirən "Rəvan" klubu, bu matçda var gücü ilə mübarizə aparıb qal qazanmağa çalışacaq.
Turun son oyununda "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. Mükafatçılar sırasına düşmək niyyətində olan "Qəbələ" klubu bu gün çempionluğunu rəsmiləşdirən "Qarabağ"a qalib gəlməlidir. Matç saat 19:00-da "Əlincə Arena"da start götürəcək.
11 may (çərşənbə)
34-cü tur
16:00. AZAL - “Zirə” 1:1
Qollar: Nuqzar Kvirtiya, 68, (1:0), Viktor İqbekoyi, 86, (1:1)
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Vüsal Qənbərov, İnqilab Məmmədov.
Bakı. "AZAL Arena".
16:00. “Kəpəz” - “Neftçi” 1:2
Qollar: Julien Ebah, 4, (1:0), Salas Quinta Antonio, 49, (1:1), Ruslan Qurbanov, 80, (pen.1:2)
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elman Musayev, Ramil Diniyev.
Gəncə şəhər stadionu.
17:00. “İnter” - “Xəzər Lənkəran” 2:1
Qollar: Rauf Əliyev, 15, (1:0), Yuri Fomenko, 27, (2:0), Vaguf Güləliyev, 46, (2:1)
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Vüqar Bayramov, Ziya Nəsirov.
Bakı. “İnter Arena”.
18:00. “Sumqayıt” - “Rəvan” 3:1
Qollar: Yasin Həmid, 8, (0:1), Amil Yunanov, 64, (1:1), Pərdis Fərcad-Azad, 71, 81, (2:1;3:1)
Hakimlər: Rəvan Həmzəzadə, Azər Əsgərov, İsgəndər Əliyev, Fərid Məmmədov
Sumqayıt. “Kapital Bank Arena”.
19:00. “Qarabağ” - “Qəbələ” 2:0
Qollar: Dani Kintana, 17, 31, (1:0; 2:0)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Rauf Cabbarov.
Masazır. “Əlincə Arena”.