Fransanın Korbey-Esson şəhərində bədii gimnastika üzrə “Souvenir Véronique DE KRISTOFFY” adlı beynəlxalq turnir keçirilib.
Sportarena.az xəbər verir ki, idmançımız Marina Durunda bu yarışlarda bir dəfəyə 5 gümüş medal qazanıb (çoxnövçülük, halqa, top, gürzlər və lent). 6-cı gümüş medalı Marina komanda hesabında komanda yoldaşları Gülsüm Şəfizadə və gənclər proqramı ilə çıxış edən İlahə Məmmədova ilə birlikdə əldə edib.  
                       
                                               
                        
 
                
                              
Fərdi çoxnövçülükdə isə, Gülsüm və İlahə müvafiq olaraq, 11-ci və 8-ci yerlərdə qərarlaşıblar. 
                       
                                               
 
                
                              
Həmçinin gümüş medala eyni vaxtda Brnoda (Çexiya) keçirilən gənclər arasında “Tart Cup” adlı beynəlxalq turnirdə iplə final hərəkətlərdə gimnast Veronika Qudis layiq görülüb.