Azərbaycan Premyer Liqasının XXXIV turunda “Neftçi”ni qəbul edəcək “Kəpəz” bu gün Gəncəyə gəlib.
Sportarena.az xəbər verir ki, komanda matçın keçiriləcəyi arenada saat 16:00-da məşqə çıxıb.
İsinmə hərəkətlərinin yerinə yetirilməsi ilə başlayan hazırlıq prosesi təxminən 1 saat çəkib. Yüngül xarakter daşıyan məşq toplu çalışmalarla davam edib.
“Kəpəz”in zədəli futbolçusu Ceyhun Cavadov sağalmadığından yarımmüdafiəçi Gəncəyə gətirilməyib. Bu o deməkdir ki, Cavadov “Neftçi” ilə də oyunu buraxacaq.