Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, iclasda aşağıda qeyd edilmiş qərarlar qəbul olunub:
Azərbaycan Kubokunun 1/2 mərhələsinin cavab oyunu olan “Qəbələ” – “Neftçi” matçında “Qəbələ” və “Neftçi” klublarının azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə hər iki klub 1000 manat cərimə olunub.
Oyunun 113 - cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının XXXIII turunun “Zirə” – “Qəbələ” matçında “Qəbələ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.