"Xəzər Lənkəran"ın bir müddət öncə əsas heyətdə uzaqlaşdırdığı Kamran Abdullazadə yenidən komandaya qoşulub.
Sportarena.az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, futbolçu bu gün komandanın məşqində də iştirak edib.
Qeyd edək ki, qış fasiləsində "Xəzər Lənkəran"dan ayrılacağı söylənilsə də, Abdullazadə "ağ- yaşıllar"ı tərk etməmişdi. Lakin baş məşqçi Elbrus Məmmədovla sözləri düz gəlməyən yarımmüdafiəçi əvəzedici heyətə göndərilmişdi.