"Kəpəz" "Neftçi" üçün hazırlaşır

21:11 9 May 2016

Topaz Premyer Liqanın 33-cü turunda səfərdə “Xəzər Lənkəran” üzərindəki qələbədən sonra “Kəpəz” Bakıya qayıdıb.

Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda istirahət etmədən dünəndən növbəti turun oyunu üçün hazırlığa başlayıb.

Mayın 11-də Gəncədə “Neftçi”ni qəbul edəcək “sarı-göylər” sabah doğma şəhərə gedəcək. "Kəpəz" oyundan öncəki məşqi matçın keçiriləcəyi şəhər stadionunda keçəcək. Hazırlıq prosesi saat 16:00-da başlayacaq. Məşq mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyacaq.


Digər xəbərlər

Xəbər xətti