Premyer Liqanın XXXIV turunda səfərdə "Qarabağ"ın qonağı olacaq "Qəbələ" klubu ciddi itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, komandanın aparıcı futbolçularından sayılan Rəşad Sadiqov bu qarşılaşmanı buraxmalı olacaq. Belə ki, dünən "Zirə" ilə oyunda sarı vərəqə ilə cəzalanan yarımmüdafiəçinin limiti dolub. Bu səbəbdən o, növbəti görüşü buraxmalı olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Qəbələ" matçı mayın 11-i saat 19:00-da start götürəcək.