Şahin Diniyev: "Avroliqaya vəsiqə qazandığımızı deyə bilərik"

16:10 8 May 2016

"Çempionatın sonuna dörd tur qalmış qarşımıza qoyulan məqsəd hər oyunda qələbə qazanmaqdır. Bunu öncə “Xəzər Lənkəran” ilə oyunda bacardıq. Hesabdan çox məni qane edən hücumda yaxşı oynamağımızdır. Həmlələrin təşkili müxtəlifliyi ilə seçilirdi. İstər cinahlardan, istərsə də mərkəzdən keyfiyyətli hücumlar qura bilirdik. Standart vəziyyətlərdə də məhsuldar oynamaq bacarığı bir məşqçi kimi məni sevindirir". 

 

Sportarena.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının XXXIII turunda səfərdə "Xəzər Lənkəran"a 0:3 hesabı ilə qalib gəlmiş "Kəpəz" klubunun baş məşqçisi Şahin Diniyev deyib.

 

Təcrübəli mütəxəssis komandasından razı qaldığını bildirib:
"Mövsümün sonunda gücün tükənməsinə, yorğunluğa baxmayaraq sürətli həmlələr təşkil edə biliriksə, bu, məni razı salır. Çempionatda ən çox qol vuran ikinci komandayıq. Qarşıdakı üç oyuna ciddi hazırlaşmalıyıq. Artıq Avroliqaya vəsiqə qazandığımızı deyə bilərik. Mövsümün əvvəlində vəzifə elitada qalmaq idi, amma bu gün daha yuxarı yerlərdəyik”.


Digər xəbərlər

Xəbər xətti