"Xəzər Lənkəran" klubunun baş məşqçisi Elbrus Məmmədovun "Kəpəz"ə 0:3 hesablı məğlubiyyətdən sonra istefa verdiyi barədə məlumat vermişdik.
Sportarena.az olaraq klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq və Məmmədovun məlum istefası barədə fikrini öyrəndik. Mətbuat katibi saytımıza açıqlamasında Elbrus Məmmədovun bu addımını yersiz saydığını bildirdi:
"Sona 3 tur qalmış istefa verməyi heç də düzgün saymıram. Onsuz da arda - arda məğlubiyyətləri sıralayırdıq. Bu durumda komandanı qoyub getmək heç də düz deyildi.
Sabah rəhbərlik tərəfindən istefa ərizəsinə baxılacaq və qərar veriləcək."
Qeyd edək ki, 33 turdan sonra aktivində 14 xal olan "Xəzər Lənkəran" I Diviziona getməyə real namizədlərdəndir.