Qurban Qurbanov: "Onların finalda olması bizim üçün siqnaldır"

22:29 7 May 2016

Premyer Liqanın XXXIII turunda "Qarabağ" "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında qarşılaşma haqda fikirlərini bildirib:

"Qələbə seriyamızı sona qədər davam etdirək. Ola bilər ki, oyun istədiyimiz kimi alınmadı. "Sumqayıt”yaxşı futbol sərgilədi, oyuna çox yaxşı hazırlaşdıqları hiss olunurdu. Çox qol vurmaq istəsək də, rəqib buna imkan vermədi. Futbolçularımda çempionluqdan sonra arxayınlıq görmədim. Komandamı qələbə münasibətiylə təbrik edirəm. Çalışacağıq ki, bu ritmi sona qədər qoruyub saxlayaq"

 

Qurban Qurbanov kubok oyunun finalının harada keçiriləcəyi barədə verilən sualı belə cavablandırıb: 

"Kubok fərqli turnirdir. "Neftçi” yaxşı rəqibdir. Onların finalda olması bizim üçün siqnaldır. Bizim üçün vacib olanı meydançanın yaxşı vəziyyətdə olmasıdır. PFL hansı qərar qəbul etsə, hörmətlə yanaşacağıq".


Digər xəbərlər

Xəbər xətti