Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində baş tutan "Rəvan" - "İnter" (0-4) oyunundan sonra keçirilən mətbuat konfransında "bankirlər"in baş məşqçisi Zaur Svanadze matç barədə fikirlərini açıqlayıb.
Sportarena.az xəbər verir ki, o, açıqlamasında bunları deyib: "Bu gün yaxşı oynadıq. Oyun, demək olar, "İnter"in üstünlüyü şəraitində keçdi. Xüsusilə də gənc futbolçular məni sevindirdilər. Onlar bu gün də özlərini yaxşı tərəfdən göstərdilər.
Bundan sonra qarşıdakı oyunlara hazırlaşmağa başlayacağıq. Çempionatı layiqli başa vurmağa çalışacağıq".